YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir təşkil olunub

Bərdə rayonunda Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir təşkil olunub.  Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının təşkilatçılığı və Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbirdə kitab, əl işləri, kulinariya sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən rayon UGİM-in direktoru Aynurə Əyyubova ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirlərindən danışıb.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, idarənin əhatə etdiyi şəhər və rayonların bütün mədəniyyət müəssisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın sözlərinə görə, müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Mövzu ətrafında çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, həmçinin RİH başçısının birinci müavini Vahid Qarayev, Milli Məclisin deputatı Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Qarabağ Regional Təhsil İdarəsi müdir müavini Anar Məcidov, Vətən müharibəsi qazisi Xankişi Yusifov da ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Tədbirdə gənc ailələr adından yeni ailə həyatı quran şəhid Aqil Quliyevin qardaşına, qocaman ailələr adından isə Əməkdar müəllim Qənbər Ağayevə xatirə hədiyyələri təqdim olunub.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.