YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Xaqani Mürşüd oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, partiya üzvləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin Mürtülü kəndində yerləşən məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Xaqani Məmmədov 2020-ci il noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhadətə qovuşub. Prezident İlham Əliyevin müvafiq sərəncamları   ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv