YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada “15 May - Beynəlxalq Ailə Günü” münasibətilə 52 il birgə nikahda olan nümunəvi ailə ilə görüş keçirilib

“15 May - Beynəlxalq Ailə Günü” münasibətilə Neftçala rayonunun Boyat kəndində yaşayan Səmədovlar ailəsi ziyarət olunub. Görüşdə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov, Gündoğar qəzetinin redaktoru Bədirə Niftaliyeva, Boyat kənd ərazi partiya təşkilatının sədri Asif Qəfərov və partiyanın fəalları iştirak edib.

Ailə başçısı Almirzə Səmədov əvvəlcə qonaqlara keçdiyi həyat yolundan, ailə həyatından, əmək fəaliyyətindən, qazandığı uğurlardan danışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Almirzə Səmədov 1979-cu ildə ulu öndər Heydər Əliyevin Neftçalaya səfəri zamanı onun rəhbərlik etdiyi pambıq briqadasının işçiləri ilə görüşündən xatirələrini bölüşüb. İki nəvəsinin Vətən Müharibəsində iştirakından və onların qəhrəmanlıqlarından bəhs edən Almirzə Səmədov özünün də könüllü olaraq cəbhəyə yollanmaq istədiyini, hər gün Ali Baş Komandanın qələbə xəbərlərini səbirsizliklə gözlədiyini bildirib.

Daha sonra gələcək nəslə nümunə olan Səmədovlar ailəsi uzunömürlü nikahlarının sirlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd ediblər. Ailə dəyərlərinin qorunub saxlanılmasının cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olması xüsusi vurğulanıb.

Sonda Səmədovlar ailəsinə hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv