YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəbrayıl rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının 16 saylı yeni ərazi partiya təşkilatı yaradılıb.

Bu münasibətlə keçirilmiş təsis iclasında əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev və digərləri bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Müzəffər Poladov 16 saylı ərazi partiya təşkilatının sədr, Yusif Aslanlı isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv