YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin ailəsi ziyarət olunub

Quba rayonunun Qamqam kəndində Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Niftəliyev Mehrab Söhrab oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları və partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Mehrab Niftəliyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Cəbrayılda ilk bayrağı qaldıran hərbçi kimi tarixə düşən baş gizir Mehrab Niftəliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.  M.Niftəliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.