YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Capitolino Flash”: Azərbaycanda müxtəlif dini dəyərlərə verilən qiymət sülh içində birgəyaşayış nümunəsidir

İtalyanın “Capitolino Flash” qəzetinin saytında Azərbaycanda mövcud tolerantlıq mühitindən bəhs edən geniş məqalə yerləşdirilib. İtaliyalı jurnalist Paola Onorotinin müəllifi olduğu məqalədə bildirilir ki, Azərbaycan yüksək tolerantlıq mühitinə görə dünya ölkələrinə nümunə ola bilər.
Yazıda 2002-ci ildə Bakıda səfərdə olmuş Roma Papası II İohann Pavelin ümummilli lider Heydər Əliyevlə görüşdə səsləndirdiyi bu fikirlər yer alıb: “Sağlam cəmiyyətin əsas dəyəri olan tolerantlığın kök saldığı bu ölkədən bütün dünyaya səslənərək Allahın adına sülh çağırışı edirik”. Ulu öndər Heydər Əliyev isə öz növbəsində II İohann Paveli dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların və xalqların dostu kimi tanıdığını vurğulayıb.
Müəllif qeyd edib ki, bir neçə il bundan qabaq Vatikanın sabiq dövlət katibi, kardinal Tarçizio Bertone Azərbaycandakı tolerantlıq mühitini belə qiymətləndirib: “Müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda katolik və provaslav icmaları da mövcuddur. Qədim Azərbaycanda xristian aləminə məxsus arxeoloji nümunələrin qorunub saxlanılması və onlara diqqətlə yanaşılması bu ölkədə digər dinlərə hörmət bəsləndiyini göstərir”.
Məqalədə oxucuların diqqətinə çatdırılır ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev bütün çətinliklərin öhdəsindən gələrək ölkədə önəmli islahatlar həyata keçirməyə nail olub, Azərbaycanı dinlərarası birgəyaşayış modeli kimi formalaşdıra bilib. Azərbaycanda müxtəlif dini dəyərlərə verilən qiymət sülh içində birgəyaşayışın əsl nümunəsidir. Bir zamanlar bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən yenisi inşa edilib. Bu, həm dövlət, həm də Azərbaycanın müsəlman icması tərəfindən digər dinlərə bəslənilən ehtiramın göstəricisidir. Azərbaycan müasir cəmiyyətin formalaşdığı elə bir dünyəvi ölkədir ki, sülh içində birgəyaşayışı və ictimai dini dəyərlərin inkişafını təmin edir. Bu ölkədə tolerantlığın elə bir forması mövcuddur ki, digər dinlərin nümayəndələrinə özlərini ifadə etməyə tam şərait yaradır. Bu, həm kilsənin tikilməsində, həm də xristianların fəal iştirakı ilə keçirilən sosial tədbirlərdə özünü göstərir.
Cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vatikana səfərinin xatırlandığı yazıda Roma Papası Fransisk ilə keçirilmiş görüşdən bəhs olunur. Bildirilir ki, Roma Papası uzun əsrlər boyu Azərbaycanda mövcud olan tolerantlıq və dini birgəyaşayış ənənəsini bir daha yüksək qiymətləndirib.
 

DİGƏR Xəbərlər Arxiv