YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Xarı Bülbül festivalı mədəniyyətimizin dünyada təbliği ilə yanaşı bir sıra əhəmiyyətə malik tarixi hadisədir

Şuşada növbəti dəfə Xarı Bülbül festivalının keçirilməsi mədəniyyətimizin dünyada təbliği ilə yanaşı bir sıra əhəmiyyətə malik tarixi hadisədir. Xarı Bülbül festivalı xalqımızın birlik və həmrəyliyinin nümayişi olmaqla yanaşı eyni zamanda bütün dünya ictimaiyyətinə bir daha Şuşanın əsl sahibinə qayıtmasının sübutudur. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  Böyük Qayıdışımızın zəfər təntənəsi və Vətən müharibəsindəki qələbəmizin mədəniyyət sahəsindəki təzahürü olan Xarı Bülbül festivalının Şuşada keçirilməsi xalqımıza böyük sevgi, coşqu və illərlə həsrətində olduğumuz anları yaşatmaqla yanaşı həm də bizlərə qürurlu anlar yaşatdı:

“Festivalda müxtəlif xalqların nümayəndələrinin iştirakı və çıxış etməsi bir daha ölkəmizdə tolerantlığın, multikultural dəyərlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Xalqımıza belə qürurlu, xoşbəxt anlar yaşatdığı üçün başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Müzəffər Azərbaycan ordusuna təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfalar diləyirik! Birliyimiz əbədidir! Ulu Tanrı Azərbaycan xalqının timsalında bu birliyimizi qorusun!”