YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, partiya fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin Ərkivan qəsəbəsində məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.