YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda “Azərbaycan tarixində doğan günəş” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Azərbaycan tarixində doğan günəş” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Ağdam rayon təşkilatının fəalları, rayon Təhsil şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Ağdam rayon 88 saylı köçkün tam orta məktəbinin şagirdləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeirlər söyləyiblər.  

YAP Ağdam rayon təşkilatı ərazi partiya təşkilatının sədri Akif Hüseynli ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərindən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Şanlı Ordusu 30 illik işğala son qoydu.

DİGƏR Xəbərlər Arxiv