YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elməddin Abdullayevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları və partiya fəalları rayonun Qam-Qam kəndindən olan şəhid Abdullayev Elməddin Telman oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Elməddin Abdullayevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Elməddin Abdullayev 2020-ci il sentyabrın 28-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. Prezidentin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına”, “Laçının azad olunmasına” və “İgidliyə görə” medalları ilə təltif edilib.