YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş futbol yarışı başa çatıb

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Qaradağ gəncləri arasında futbol yarışı başa çatıb.

Turnirin final görüşündə Peşə Liseyinin komandası ilə qarşılaşan Qaradağ Gənclər Evinin kollektivi yarışın qalibi olub.

Qaliblərin mükafatlandırma mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndərin xatirəsinə həsr olunmuş yarışın qaliblərini təbrik eləyib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.