YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan mini futbol turniri başa çatıb

Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən mini futbol turnirinə yekun vurulub. Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının və Naftalan şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 12 komanda mübarizə aparıb.

Mükafatlandırma mərasimində iştirak edən ŞİH başçısının müavini Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Gənclər və İdman idarəsinin  rəisi Samir Qocayev qalibləri təbrik edərək, turnirin keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, mini futbol idman növünü şəhərimizdə inkişaf etdirmək, istedadlı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında yoldaşlıq, dostluq əlaqələrinin gücləndirilməsi olduğunu qeyd ediblər.

Turnirdə I yeri “Azercell Naftalan Rəsmi Diler”, II yeri “Naftalan Elektrik Şəbəkəsi”, III yeri “Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbi” komandaları tutublar.

Yarışın qalibləri YAP Naftalan şəhər təşkilatı  və  şəhər  Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.