YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Deputatlar Palatasının üzvü: Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıyıq

İtaliya Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıdır.

Bu sözləri İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Rossana Boldi deyib

“İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması əlamətdar hadisədir. Ötən illər ərzində iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edib. Xüsusilə enerji sektorunda əməkdaşlıq hər iki ölkəyə fayda gətirib, Azərbaycan İtaliya üçün etibarlı təchizatçıya çevrilib. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında xüsusi rol oynayıb. Biz Azərbaycan ilə strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıyıq. İtaliya Azərbaycanla dostluq münasibətlərini davam etdirməyə və möhkəm tərəfdaşlıq etməyə hazırdır”, - deyə italiyalı deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv