YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-Heydər, Heydər –Xalq, zamanın sınağında formalaşmış vəhdət

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Onun adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır

Biz Heydər Əliyev haqqında danışanda onu Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın müasir hüquqi-siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, azərbaycanlı sosial üst kimliyinin, milli özünüdərk şüurunun formalaşdırıcısı, Ümummilli Lider, Ulu öndər kimi çox qiymətli və məzmunlu sözlərlə yad edirik. Ancaq bütün bunları deyərkən eyni zamanda hiss edirik ki, nəyi isə yenə demək lazımdır lakin onu ifadə etmək üçün söz tapa bilmirik.  Düşünürəm ki, Heydər Əliyevin böyüklüyü elə burdadır. Yəni Azərbaycan dilinin leksik fondunda o böyülküyü ifadə etmək üçün söz yoxdur. Bu isə Heydər xalq, Xalq Heydər vəhdətinin elə özüdür.

Heydər Əliyev epoxal siyasətçi idi. Onun Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir .Bu era müxtəlif ideoloji , siyasi və sosial qatlardan ibarətdir.Ancaq nəticə və məzmun etibarilə bütövdür. Müxtəlif təbəqələr onun tamlığını təyin edən daxii komponetlərdir. Çünki bütün dövrlərdə və bütün hallarda Heydər Əliyev erası xalqımıza xidmət etmək  məqsədləri üzərində intişar tapıb .Onun Azərbaycanda hakimiyyəti iki ,tamamilə bir birinə zidd olan siyasi ideoloji sistemlərdə mövcud olsa da , fəaliyyətinin cazibə mərkəzi  daima Azərbaycan  dövlətçiliyi olub .Ancaq şübhəsiz ki , Heydər Əliyevin fəaliyyətini yalnız milli müstəvidə qiymətləndirmək doğru olmazdı .Onun adı və fəaliyyəti Azərbaycanın siyasi inzibati və etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. Heydər Əliyev istər Sovet xalqları  istərsə də bütövlükdə türk  xalqlarının tarixində  mühüm rol oynamış bir siyasətçidir .Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində aldığı kritik qərarları bu gün müasir Türk dünyası xalqlarının və daha geniş mənada Orta Asiyadan  Avropaya qədər uzanan böyük siyasi coğrafiyada yerləşən çoxsaylı xalqların müasir sosial-qtisadi, mədəni-humanitar inteqrasiyası və birliyi kontekstində mühüm əhəmiyyət kəsb edir .Bura iqtisadi müstəvidə onun əsasını qoyduğu Bakı- Tbilisi- Ceyhan layihəsi və onun mədəni humanitar müstəvidə yaratdığı, daima sülhü və əməkdaşlığı təşviq edən  siyasi dəyər və ənənləri də daxildir. Əslində Azərbaycanın iqtsadi və siyasi müstəqilliyinin açarı kimi qiymətlədirilən üç dəniz əfsanəsini yaratdığı yeni geoiqtisadi perespektivlər konteksində sonradan həyata keçiriləcək dörd dəniz əfsanəsi ,yəni Cənub Qaz Dəhlizi layihəsinin də uğurunu təyin edirdi .Beləliklə Xəzər-Qara Dəniz - Ağ Dəniz triadasına  sonradan Adriatik Dənizi də qoşularaq Avropanın  müsair alternativ enerji təhlükəsizliyi kəmərini yaradacaqdı .Əgər həmin dövrün mövcud  hüquqi şərtlərini və geosiyasi konfiqurasiyasını nəzərə alsaq bu gün qətiyyətlə deyə bilərik ki , Heydər Əliyev o zaman  hüquqsuzluq şəraitində hüquq , etimadsızlıq şəraitində  isə yeni beynəlxalq etimad mühiti yaradırdı.

Dövlətin və siyasətin sosiologiyası yaxud xalqın özünü milli dövlətlə identikləşdirməsi

Dövlətin və siyasətin sosiologiyası yaxud xalqın özünü milli dövlətlə  identikləşdirməsi müstəqillik dövrünün ən mühüm milli cağırışlarından biri idi .Çünki siyasətin formal üst qatlarında fəqli proseslər , cəmiyyətin sosial siyasi və mənəvi qatlarının dərinliklərində isə tamamilə fərqli proseslər gedirdi .Ona görə də həmin dövrdə siyasi hakimiyyəti özünə tabe edənlər sosial hakimiyyətə sahib ola bilmədiklərinə görə siyasi hakimiyyəti də əllərində saxlaya bilmirdilər .Bu mürəkkəb  kombinasiyanın uğursuz həlli yaxud ümumiyyətlə dərk edilməməsi isə Azərbaycan dövlətinin təməllərini sarsıdırdı .Problemin həlli üçün universal sosial düstur tapmaq lazım idi .Bu düsturu Heydər Əliyev dühası tapdı və tətbiq etdi .Hakimiyyətə gələr-gəlməz bəyan etdi ki , Müstəqil Azərbaycan Dövləti Azərbaycan xalqının milli sərvətidir .Bu  ideoloji çağırış azərbaycan cəmiyyətinin  bütün etnokulturoloji və sosial-mədəni qatlarında eyni anlayış və çoşqu ilə asossasiya olundu .Səbəb isə o idi ki , çağırışı edən xalqın mənimsədiyi və qəbul etdiyi lider idi . Çünki hələ birinci hakimiyyəti dövründə Heydər Əliyev öz xalqının inam və etimadını qazana bilmişdi. Sırf sosial kontekstə isə cəmiyyət tərəfindən mənimsənilən bu tezis xalqın özünü milli dövlətinə mənsub hesab etməsi hadisəsinə çevrildi. Başqa sözlə ölkəmizdə lider, dövlət və xalqın vəhdəti formalaşdı. Sosiologiya izah edir ki, məhz bu üç mühüm faktor istənilən cəmiyyəti və onun siyasi sistemini davamlı edir. Beləliklə xalq ümummilli maraqlar kontekstində kütləvi – sinxron hərəkət qabiliyyəti əldə edir .Sonralar ,məhz əldə edilən bu sosial keyfiyyət dövlət çevrilişinə cəhdlər zamanı milli dövlətimizi qorudu .Müstəqillik tariximizin ilk illərində hadisələrin inkişafı kontekstində baş verən dövlət çevrilişi və  vətəndaş müharibəsi fonunda ,hadisələri analiz edən Heydər Həliyev bu mərhələdə millətimizə  ikinci mühüm çağırışını belə etdi .Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da çətindir. Ancaq qısa müddət ərzində Heydər Əliyev müstəqilliyimizə təhdid yaradan bütün təhlükələri və təhdidləri ardan qaldıra bildi .1993-cü il  15 iyun, 1994-cü il 3-4 oktyabr  və 1995-ci il 16-17 mart hadisləri zamanı milli dövlətimizi və müstəqilliyimizi hədəfə alanların planları dağıdıldı.Yalnız bundan sonra Heydər Əliyev 1995- ci ilin aprel ayında keçirilən ,,Ümumxalq Toplantısında bildirdi ki , Azərbaycanın müstəqilliyi daimidir ,əbədidir, dönməzdir .Bu üç ardıcıl çağırışda Heydər Əliyev dövrün siyasi proseslərinin sözlə bir növ ictimai portretini çəkir, bu portret çizgilərdə problemin nələrdən ibarət olduğunu aydın şəkildə cəmiyyətə əyani olaraq göstərir sonra isə elə cəmiyyətin ümumi daxili enerjisi ilə onu həll edirdi .Yəni  zəngin siyasi təcrübəyə malik  böyük dövlət xadimi kimi,  problemləri inzibati güc vasitələri ilə deyil  xalqın kütləvi inersiyası, yəni aktiv ətaləti  ilə həll edirdi .O zamanlar bü gücü ifadə etmək üçün xüsusi bir termin yox idi .Hazırda biz  həmin gücə ,,yumşaq güc ,, deyirik.

Azərbaycançılıq ümummilli və universal dəyərlər sistemi kimi

Hazırki tarixi prizmadan baxdıqda Heydər Əliyevin fəaliyyətinin bu vaxta qədər tədqiqatlardan və ümumi kütləvi yanaşmadan kənarda qalan bəzi aspektləri xüsusi maraq kəsb edir. Ümumi yanaşma və ortaq ictimai qənaət Heydər Əliyevin azərbaycançılıq ideologiyasını Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra başlatdığı yönündədir. Ancaq əslində Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını hələ Sovet dövründə, 1969-cu ildə Mrəkəzi Komitəyə birinci katib seçildikdən dərhal sonra, Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubley tədbirində azərbaycan dilində söylədiyi nitqiylə qoymuşdu. Bu çıxışında Heydər Əliyev həm Azərbaycan dilini dövlət dili statusunda yenidən təqdim etmiş həm də Bakı dövlət Universitetini yaradanları Azərbaycan xalqının böyük övladları kimi qiymətləndirmişdi .Burada məsələnin iki mühüm tərəfinin xüsusi şərhə ehtiyacı var .Birincisi söylədiyi nitqində  Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçiliyimizin mühüm həlqələrindən biri kimi qiymətləndir , ikincisi dil üzərindən cümhuriyyətimizlə birbaşa əlaqə qurudu.Beləliklə orta statistik Azərbaycanlının tarixi və dövlətçilik şüurunu yeniləməklə tarixi yaddaşımızın bərpası istiqamətində ona mühüm məsaj göndərmiş olurdu . Bunların hər ikisi öz dövrü üçün olduqca təhlükəli addımlar idi. Ancaq Heydər Əliyev bunu etdi. Nəticədə Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublkasının 1978-ci il konstitusiyasında rəsmi dil kimi öz əksini tapdı. Bu siyasi-hüquqi kontekstə mühüm tarixi hadisə idi. Ümumiləşdirməyə çalışsaq belə bir qənaət ifadə edə bilərik ki, Azərbaycançılıq ideologiyasının alt komponentləri elə o dövürdən formalaşmağa başladı. Bu qatlar isə ən azı iki mühüm siyasi-ideoloji hadisə ilə tamamlanırdı. Birncisi milli mühafizəkarlıq, yəni milli konservatizm ikincisi isə universal dəyərlərlə zənginləşdirilmə yəni liberalizm. Müstəqillik dövründə də Heydər Əliyev  özünün bu siyasi  - ideoloji formulasına sadiq qaldı .Azərbaycançılıq ideologiyasını mühafizəkarlıq və universal dəyərlərin vəhdəti kimi təqdim edərək Azərbaycanın milli neokonservatizmini yaratdı Bu isə hüquqi sitemimizdə vətəndaşlıq bərabərliyini  və dövlət millətçiliyini, sosial münasibətlər sistemimizdə isə azərbaycanlı sosial üst kimliyini təyin etdi .Nəticədə sosial-hüquqi bərabərlik həm də ortaq milli indentikliyi gücləndirərək ictimai harmoniya və həmrəyliyimizi təyin etmiş oldu .Heydər- Xalq ,Xalq -Heydər birliyinin növbəti sosial-ideolojo kombinasiyası da elə buradadır .Ona görə də biz azərbaycançılığı bəzən milli məfkurə , bəzən ümummilli ideologiya və s. kimi qiymətləndirsək də Azərbaycançılıq  həm də özlüyündə  milli neokonservatizmdir , yəni dəyərlər və sosial inanclar sistemidir .

70-ci illər sənayelşməsinin sosiologiyası və demoqrafiyası  

1969-cu ildən başlayaraq 1970-80-ci illərdə Azərbaycanda sənayeləşmənin baş turması dövrünün iqtisadi trendini təşkil edirdi. Bu prosesdə sənaye müəssisələrinin böyük bir hissəsi Bakıda yaradılırdı. Həmin tarixi mərhələdə Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından əmək qüvvəsi kimi gənclərimizin Bakı şəhərində məskunlaşdırması Bakıda yeni milli intibah dövrünü başlatdı. Bu paytaxt əhalisinin sosiologiyası və demoqrafik balansını milli zəmində lehimizə dəyişdi. Bənzər proses   cəmiyyətin bütün mədəni və milli intellektual dərinliklərində də baş verirdi. Beləliklə hazırda bütün dünyaya qürurla təqdim etdiyimiz multikultural azərbaycanlı sosial – mədəni modeli də elə həmin vaxtlarda supstral hadisə kimi özünü təyin edirdi.

Əldə etdiyimiz tarixi Zəfər, ərazi bütövlüyümüzün bərpa olunması, qalib xalqa çevirilməyimiz Heydər Əliyev ideyalarının təntənəsidir

Hazırda Azərbaycan xalqı təkcə öz müstəqillik dövrü tarixinin deyil bütövlükdə dövlətçilik tarixinin ən əlamətdar bir mərhələsinə qədəm qoyub. Bu mərhələ torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın ümummilli arzusunun reallığa çevirilməsi, inkişaf, tərəqqi, dirçəliş, intibah mərhələsidir. Ancaq müstəqillik tariximizin elə krtik səhifələri var ki, həmin mərhələlərdədə Heydər Əliyevin aldığı uzaqgörən strateji qərarlar olmasydı milli dövlətçiliyimiz böhrandan xilas edilə, inkişaf edərək hazırki mərhələyə çata bilməzdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyevin yaratdığı  milli dövlətçilik ənənələri üzərində təntənə edən müstəqil Azərbaycan,  müstəqil dövlətçilik tariximizin  ən güclü Azərbaycanıdır.