Xəbərlər
Serbiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç aprelin 14-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının panoramını seyr edən hörmətli qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.