YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş məktəblərarası şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş məktəblərarası şahmat turniri keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlayıb. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilib, peşəkar şahmatçılar nəsli yetişdirilib və Azərbaycan şahmat məktəbinin əsası qoyulub. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərib, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılıb.

Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 1 ərazi partiya təşkilatının sədri Fərqanə Abbasova ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, onun əbədiyaşar siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 72 nömrəli məktəb-liseyin şagirdləri Mustafazadə Fikrət Arif oğlu, Məhərrəmova Xumar İsmayıl qızı və Məmmədov Rasul Arif oğlu I yerə, 192 nömrəli orta məktəbin şagirdləri İsmayılov Murad Vüqar oğlu, Qənizadə Rəşad Çingiz oğlu və Xəlilova Aylin Bəhruz qızı II yerə, 74 nömrəli orta məktəbin şagirdləri Xəlilov Nazim Xəlil oğlu, Məmmədov Yusif İlham oğlu və Heydərli Nurtac Zakir qızı III yerə layiq görülüblər.

Turnirdə aktiv iştirakına görə 309 nömrəli orta məktəbin şagirdləri Nihad Məmmədli, İsmayıl Nəsirzadə və Zərifə Quliyeva və turnirin keçirilməsində fəal iştirakına görə 72 saylı məktəb-liseyin müəllimi Səxavət Məhərov diplomlarla təltif olunub.

DİGƏR Xəbərlər Arxiv