YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıllıda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib.

Əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli liderin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məruzələr olunub. Müasir Azərbaycan dövlətinin qurulmasında, inkişafında göstərdiyi xidmətlər xüsusi qeyd edilib. Vurğulanıb ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi. Həmin dövrün siyasi gərginliklərindən bəhs açan natiqlər qeyd ediblər ki, bugünki qalib Azərbaycanın təməlləri məhz həmin dövrdə atıldı.

Bildirilib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ən şanlı tarixini yaşayır. Heydər Əliyev irsi, ideyaları bizə müasir dövrdə də getdiyimiz yolda uğurla bələdçilik edir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq ölkəmizin və xalqımızın parlaq gələcəyinə özünün töhfələrini verir. Biz də partiya üzvləri olaraq bundan sonra da bütün Azərbaycan xalqı kimi, dəmir yumruğun ətrafında sıx birləşərək qüdrətli Azərbaycan naminə əlimizdən gələni edəcəyik.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayonun mədəniyyət və təhsil ocaqlarında, müxtəlif təşkilatlarda ədəbi-bədii, elmi tədbirlər davam edir.

DİGƏR Xəbərlər Arxiv