YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının növbəti ərazi partiya təşkilatı təsis edilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Ceyhun Səlimov 19” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiya üzvü, “X-med” MMC-nin direktoru Xaliq Hüseynov və digərləri Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiya olmasını bildiriblər.

Qeyd olunub ki, Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.

Çıxışlardan sonra cari məsələlərə baxılıb. Xaliq Hüseynov yekdilliklə “Ceyhun Səlimov 19” ərazi partiya təşkilatının sədri, Pərviz Salehov isə sədr müavini seçilib.