YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin doğum günü ərəfəsində YAP Lənkəran rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində YAP Lənkəran rayon təşkilatının Heydər Əliyev Mərkəzi üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının fəalı Reyhanə Sadıxova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs edib.

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirməklə cəmiyyətin avanqard qüvvəsi olduğunu bir daha təsdiqləyir.

Sonra təşkilati məsələlərə baxılıb. Reyhanə Sadıxova yeni ərazi partiya təşkilatının sədri, Vüsal Babazadə isə sədr müavini seçiliblər.