YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatları təsis edilib.

Bu münasibətlə keçirilən təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışı nəticəsində cəmiyyətin islahatlar yolu ilə yeni mərhələyə transformasiya prosesi başladı. Yenicə müstəqilliyini qazanmış Azərbaycanda hakimiyyətdə olan mövcud iqtidar bir sıra sahələrdə çox yarıtmaz iş aparırdı.1993-1996-ci illərdə inkişafın əsas şərti olan ölkədaxili milli-vətəndaş qarşıdurması dayandırıldı, ictimai-siyasi sabitlik bərpa edildi, yeni və ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət yürüdüldü. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Bu günün reallığı və tarixi faktdır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı.

YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb  deyən H.Misirov əlavə edib ki, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır.

Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən danışıblar. Qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən YAP ötən müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.

Çıxışlardan sonra cari məsələlərə baxılıb.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Gəncə şəhəri, Hacıməlik yolu Yeni qəsəbə”də fəalliyyət göstərən Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbdə, Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbdə, Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbdə və Qəbələ şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 31 nömrəli tam orta məktəb ünvanları üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatları təsis edilib.

İsmət Nəcəfov “Kəlbəcər rayon 99 nömrəli tam orta məktəb” Rəna Nadirova “Kəlbəcər rayon 8 nömrəli tam orta məktəb” İradə Baxışova “Kəlbəcər rayon 109 nömrəli tam orta məktəb” Rəcəb Rəcəbli “Kəlbəcər rayon 31 nömrəli tam orta məktəb” ərazi partiya təşkilatlarına sədr seçiliblər.