YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın yurd həsrətinə son qoyuldu.

30 il çəkən işğal zamanı Ermənilər bütün infrastrukturu dağıdıb, şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi yerlə-yeksan edib. Bütün dünya görür ki, Azərbaycan xalqı hansı vəhşi ilə üz-üzə idi. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik heç yerdə görünməyib. Qarabağdakı acınacaqlı mənzərə erməni faşizminin bütün ölkələrdə olmuş faşizmlərin ən qəddarı olduğunu göstərir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Şuşa Bəyannaməsi ölkəmizin diplomatik tarixinin ən mühüm sənədlərindən biridir. Bəyannamə otuz ilə yaxın bir müddətdə işğal altında olmuş və 44-günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbənin nəticəsində düşməndən təmizlənən və ümumilikdə Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşa şəhərində imzalanıb. Bu mühüm hadisə möhtərəm Prezident cənab İlham Əliyevin hərbi-siyası strategiyasının təntənəsinin növbəti parlaq nümunəsi idi. Şuşa Bəyannaməsinin imzalanması dünyaya mesaj və eyni zamanda region üçün yeni tarixi gerçəklik demək idi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifləri əsasında aparılıb və  Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu 5 prinsip Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edir və ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Məğlub Ermənistan  qalib ölkə Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur. Çünki Ermənistanın düşdüyü acınacaqlı durumdan, daxili xaosdan qurtuluş yolu yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. 

Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan Cənubi Qafqaza inteqrasiya oluna  bilməyib. Ermənilər yeni reallıqları anlamalı və separatizm meyillərinə son qoymalıdılar. Belə olan halda, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaqdır. Ən yaxın gələcəkdə yüz minlərlə azərbaycanlı Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.

Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdir. Artıq Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb, 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcəkdir.

BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.

Bu gün Prezident cənab  İlham Əliyevin düşünülmüş inkişaf konsepsiyasi ilə Azərbaycan tam müstəqil siyasət aparır, bütün məsələlərlə bağlı öz mövqeyini çəkinmədən ifadə edir. Bu da Azərbaycanın siyasi və iqtisasdi çəkisini getdikcə artırır. Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi əksər dövlətlərlə hərtərəfli əməkdaşlıq edir.