YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

Şəmkir rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı  tərəfindən təşkil olunan aksiyada Rayon İcra Hakmiyyətinin başçısı Rəşad Tağıyev, və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə və təşkilatlardan təxminən 100 nəfər iştirak edib.

 Aksiya çərçivəsində Şəmkir şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospektinə 99 ədəd ağac əkilib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edən sakinlər də ağacəkmə aksiyasında fəal iştirak ediblər.

Əkilən ağaclar suvarılıb, mühafizəsi üçün tədbirlər görülüb.