YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Xüsusi təyinatlılar Vətən müharibəsində tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynayıblar

İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi.

Bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxışında bildirib.

1999-cu ildə vəziyyətin fərqli olduğunu, münaqişənin sülh yolu ilə həll olunması üçün ümidlərin tükənmədiyini qeyd edən dövlətimizin başçısı o gündən bu günə qədər xüsusi təyinatlıların böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynadıqlarını vurğulayıb.

“Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir”, - deyə Prezident İlham Əliyev xatırladıb.

DİGƏR Xəbərlər Arxiv