YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhidlər anılıb

Abşeron rayonunda şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun mövludu ilə əlaqədar əziz xatirəsi yad edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhid Fərid Məmmədovun doğum günü ilə əlaqədar İkinci Fəxri Xiyabana gələrək məzarını ziyarət edib, qəbri üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları şəhid Fərid Məmmədovun həyatından və şərəfli zabit yolundan söz açıb, cəbhədə göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışıblar.

Sonra şəhidimizin oxuduğu Xırdalan şəhər 2 saylı tam orta məktəbin müəllim kollektivi xatirələrini bölüşüb, şagirdlər tərəfindən vətənə, qələbəyə aid şeirlər səslənib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə şəhid Fərid Məmmədov “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

İştirakçılar daha sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən şəhid Salmanov Azər Vəfadar oğlunun doğum günü ilə əlaqədar rayonun Saray qəsdəbəsindəki Şəhidlər Xiyabanına gələrək, onun məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilibdir.

Abşeron RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb, onların problermləri və qayğıları ilə maraqlanaraq, rayonda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini vurğulayıb.

Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.