YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mübariz İsgəndərovun xatirəsinə həsr edilən tədbir keçirilib

Qubadlı rayonunda şəhid Mübariz Nüsrət oğlu İsgəndərovun 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Emin Əliyev, Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, yaxınları, məktəb kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd bildirib ki, rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan, həmişə iftixar hissi keçirdiyimiz şəhidlərimiz yada düşür. Vətənpərvərliyi və cəsurluğu ilə fərqlənən Mübariz İsgəndərov 1972-ci il mayın 2-də Hacılı kəndində anadan olmuşdur. 1987-ci ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 21 yaşlı Mübarizi ermənilərin haqsız iddiaları hiddətləndirir, vətənin ağır vəziyyəti onun ürəyini ağrıdırdı. O,1991-ci il ilin may ayında könüllü olaraq Vətənin müdafiəsinə qalxdı. O, Azərbaycanın qeyrətli oğulları ilə birlikdə torpaqlarımızı göz bəbəyi kimi qoruyurdu. O, öz dəstəsi ilə düşmənə tutarlı zərbələr vurur, Ermənistanın sərhəddə yerləşən şəhər və kəndlərini daima qorxu içərisində saxlayırdı. Mübariz həmişə ön cərgədə vuruşaraq döyüş yoldaşlarını öz arxasınca aparırdı. Bu xüsusiyyət onu döyüşçülərin sevimlisinə çevirmişdir. Azərbaycanin Milli Qəhrəmani Əliyar Əliyev ona dəfələrlə təşəkkür elan etmişdi.

Oktyabrın 3-də Susuzdağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə Mübariz ağır yaralanmışdır. İgid döyüşçü rayonun Xanlıq kəndindəki, sonra isə Bakı şəhərindəki qospitalda müalicə olunsa da həkimlərin səyi nəticəsiz qalmış, O 1992-ci il oktyabrın 6-da gözlərini əbədi yummuşdur. Qeyd edək ki, Mübariz İsgəndərov 2-ci Qarabağ müharibəsində şəhid olan İsgəndərov İlkin Camal oğlunun əmisidir.

Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd edib ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.  

Dövlətimiz Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra digər çıxış edənlər Qubadlı rayon Şəhər 1 saylı məktəbin direktoru Hümbətəliyev Hümbət, 2-ci Qarabağ müharibəsinin qazisi Həsənov Sənan Mübariz İsgəndərovun həyat yolu haqqında öz xatirələrini bölüşdülər. Erməni təcavüzünün qarşısının alınmasında qəhrəmanlıq simvoluna çevrilən və öz ölümü ilə ölümsüzlük qazanan Mübariz İsgəndərovun həyat yolunun gənclərə örnək olduğunu və onun xatirəsinin daima ürəklərdə yaşayacağı bildirildi.

Şəhidin dayısı Vəliyev Həzrət və anası İsgəndərova Səkinə çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə mədəniyyət evinin işçiləri və məktəb kollektivi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub və muğam parçaları səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv