YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid Tahir Talıbovun doğum günü qeyd olunub

Qubada Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Talıbov Tahir İdris oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları və partiya fəalları rayonun Sirt-Çiçi kəndində şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Tahir Talıbovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamına əsasən şəhid Tahir Talıbov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv