YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları bir qrup gənclə görüşüb

Aprel ayının 29-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında Milli Məclisin deputatları Ceyhun Məmmədov və Bəhruz Məhərrəmov partiyanın bir qrup gənc üzvləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov həmkarı Ceyhun Məmmədovu və gəncləri salamlayaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdəndir. B.Məhərrəmov Azərbaycanda gənclərlə maarifləndirmə işinin aparılmasının dövlət siyasətinin mühüm sahələrindən biri olduğunu söyləyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov gənclərin müasir Azərbaycan Respublikasının həyatında göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O qeyd edib ki, gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli və vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. C.Məmmədov gənclərə öz həyat yolunda dair nümunələri qeyd etməklə, bildirdi ki, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikasının gənclərə diqqəti və qayğısı yüksək səviyyədədir.

Daha sonra rayon təşkilatının əməkdaşı Samir Ağayev çıxış edərək qonaqlara YAP Rayon təşkilatının sədri adından salamlayıb. Samir Ağayev qonaqlara partiyanın bir qrup gənc fəal üzvləri ilə bölüşdükləri dəyərli fikirlərinə görə minnətdarlığını bildirib.

Tədbirin yekununda iştirakçılarla xatirə şəkli çəkilib.