YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz məsələlərə real yanaşırıq, anlayırıq ki, Ermənistanla qarşılıqlı münasibətlər asan olmayacaq

Sülh və qarşılıqlı münasibətlərə gəldikdə, biz bu məsələlərə real yanaşırıq. Çünki biz anlayırıq ki, bu, asan olmayacaq. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda səsləndirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan xalqının yaraları bu 30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün mütəmadi avtobus səfərləri keçirilir, insanlar gedirlər və öz gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması ağlasığmazdır.

“O zaman sevdiklərini itirən insanların ağrı-acılarını anlayıram və başa düşürəm. Mən özüm də orada baş verən barbarlığı unutmayacağam. Çünki biz vəhşilikləri unutmamalıyıq, bu bizim tariximizdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.