YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı görkəmli elm xadimi, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirib.

Əvvəlcə müasir müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatı fəallarının iştirakı ilə keçirilən konfransda giriş nitqi ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev görkəmli elm xadimi, oftalmoloq Akademik Zərifə xanım  Əliyevanın həyat  fəaliyyətindən, onun tibb elminə verdiyi sanballı töhfələrdən, qazandığı nailiyyətlərdən və yüksək titullara layiq görülməsindən bəhs edib.

Mərkəzi Rayon Xəstəxanası Ərazi partiya təşkilatının sədri Vasif Əliyev də çıxışda xalqın, millətin sağlamlıq qayğıları ilə yaşayan Zərifə xanım Əliyevanın həyat yolundan, yüksək insani keyfiyyətlərindən və elmə bəxş etdiyi yeniliklərdən danışıb.

Partiya fəalı, həkim oftalmoloq Şəhla Rəhimova akademik Zərifə xanım Əliyevanın tibb sahəsində və xüsusilə oftalmologiya sahəsində elmə verdiyi töhfələrin və bu gün və gələcəkdə də daim insanların sağlamlığı üçün istifadə olunacağını söyləyib.