YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingeçevirdə Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir baş tutub

YAP Mingəçevir şəhər təşkilatı 3 saylı (Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs üzrə) ərazi partiya təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə   tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan 3 saylı ərazi partiya təşkilatının sədri Abdulqadir Sultanov oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışıb. Görkəmli alimin zəngin elmi irsinin bu gün də aktual olduğunu vurğulayan natiq Zərifə Əliyevanın elmi-pedaqoji-ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Allahverdi Alıyev, “Tələbə” Poliklinikasının müdiri Nurcamal Əsgərova da çıxışlarında akademik Zərifə Əliyevanın XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan, oftalmologiyanın aktual istiqamətlərindəki tədqiqatlarından bəhs ediblər.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi ilə, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və gözəl ana kimi tarixdə iz buraxıb: “O, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açıb və həyatın çətin sınaqlarını görüb. Ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlayaraq, Azərbaycan dövlətinin lideri və Prezident İlham Əliyev kimi övlad böyüdərək xalqımıza bəxş edib”.