YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş tədbir keçirilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə işçiləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak etmişdir.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə xanın Əliyevanın və vətənimizin bütövlüyü uğrundan canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Sonra gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan bəhs edən qısa metrajlı film nümayiş olunmuşdur.

Bilirilmişdir ki, Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu, 1953-cü ildə isə aspiranturanı başa vurmuş və daha sonra ardıcıl olaraq tibb elmləri namizədi və Tibb elmləri doktoru adını qazanmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Zərifə xanım Əliyevanın ruhu şaddır. Çünki əsası ümummilli lider Heydər Əliyev tətəfindən qoyulan siyasətimizin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Vətən Müharibəsində Zəfər qazanmış, 30 il işğal altında olan dədə-baba yurdlarımız düşməın  tapdağından azad edildmişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağda böyük abadlıq-quruculuq işləri həyata keçirilməkdədir.

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, həkim aftomoloq Elnarə Hüseynova, Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxış edərək akademik Zərifə Əliyevanın elmi fəaliyyətindən, gözəl ailə başçısı olmasından söz açmışlar.

Sonda Zərifə Əliyevanın qızı Sevil Əliyevanın müəllifi olduğu “Ana” mahnısı tanınmış müğənni, Prezident təqaüdçüsü Amil Həsənoğlu tərəfindən oxunmuş və bədii kompozisiya təqdim olunmuşdur.

DİGƏR Xəbərlər Arxiv