YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatı “Bütün müstəvilərdə Azərbaycanın qələbəsi” mövzusunda dəyirmi masa keçirib

YAP İmişli rayon təşkilatı “Bütün müstəvilərdə Azərbaycanın qələbəsi” mövzusunda dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirdi ki, Zəfəri 2020-ci ilin sentyabrın 27-dən başlanmış 44 günlük İkinci Qarabağ savaşında xalqımıza Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bəxş etdi. Xalqımızın mənəviyyat beşiyi, Qarabağın tacı olan Şu­şanın işğaldan azad edilməsi isə ikiqat bayrama çevrilmişdir. Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də ona arxa-dayaq olanların üzərində qələbə qazanıb.

Sonra çıxış edən YAP fəalı Günel Bəşirova qeyd etdi ki, döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri, dünyaya güclü və qüdrətli Azərbaycanımızın beynəlxalq münasibətlər məkanındakı söz sahibi olduğunun nümayiş oldu. Əks-hücum əməliyyatı zamanı Ermənistanın 30 illik işğalına son qoyulmaqla 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi. Düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı.

Tədbirdə çıxış edənlər Ermənistanın revanşist ünsürlərinin və havadarlarının qarşısında daim Azərbaycanın dəmir yumruğunun dayanmasından söhbət açıblar.

DİGƏR Xəbərlər Arxiv