YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlı rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib

YAP Saatlı rayon təşkilatı görkəmli Azərbaycan oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

         Çıxış edən tədbir iştirakçıları görkəmli alimin fəaliyyəti haqqında geniş və ətraflı danışıb, keçdiyi həyat yoluna nəzər salıb, akademik Zərifə xanım Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr bəxş etmiş olduğunu, yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini qeyd ediblər. Azərbaycanda o vaxtlar geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsindəki xidmətlərindən ətraflı danışılıb.

         Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.