YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RF XİN: Rusiya üçtərəfli sazişləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün əsas hesab edir

Rusiya yüksək səviyyədə üçtərəfli razılaşmaları Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişə nail olmaq üçün əsas hesab edir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə səsləndirib.

“Biz bütün istiqamətlər üzrə, o cümlədən nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri barədə Bakı və Yerevan ilə fəal iş aparırıq”, - deyən diplomat daha sonra əlavə edib ki, bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin RF Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşündə müzakirə edilib.

M.Zaxarova deyib: “Sərhəd məsələlərinə gəldikdə, bu həftə Bakıda XİN xətti üzrə əlaqələr planlaşdırılıb. Bu barədə məlumatı hökmən dərc edəcəyik”.

RF XİN-də vurğulayıblar ki, Bakının və Yerevanın qarşılıqlı addımlar atmağa hazır olması müşahidə olunur, yüksək səviyyədə əlaqələr üzərində iş gedir.