YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Ramazan bayramı münasibətilə humanitar yardım aksiyasına başlanılıb

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə müqəddəs Ramazan bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyasına başlanılıb.

Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində yaşayan 50-dən çox şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunacaq.

YAP Nərimanov rayon təşkilatının əməkdaşları şəhid, qazi və aztəminatlı ailələri evlərində ziyarət edərək onları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıblar.

Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə yanaşı Nərimanov rayonunda yerləşən ali təhsil müəssisələrindən Azərbaycan Dövlət Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti və Azərbaycan Kooperasiya Universiteti iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıblar.

Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, humanitar yardım aksiyası 2 gün davam edəcək.