YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımıza qarşı olan haqsızlıq barədə dünya ictimaiyyəti daim məlumatlı olmalıdır

Ayaz Cəbrayılov

YAP Kürdəmir rayon təşkilatının sədri                                    

Aprelin 22-də Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsi  tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Zəfər Qurultayında geniş nitq söylədi mesajlar verdi. Cənab Prezident “30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü” fikri ilə 30 il siyasi beynəlxalq güclərin və təşkilatların riyakarlığını diqqətə çatdırdı. Məlum olduğu kimi bir sıra beynəlxalq qurumların dəfələrlə Azərbaycana qarşı heç bir fakta əsaslanmayan, yalan məlumatlarla dolu qətnamələrinin şahidi olmuşuq.

Görünür, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağda yenidənqurma və bərpa işlərini həzm edə bilməyənlər hələ də var. Dünya həqiqətlərə şahidlik edir. Torpaqlarımızın azad olunmasından sonra Qarabağda tarixi abidələrimizin, mədəni irsimizin, mədəniyyət nümunələrimizin 30 il ərzində erməni vandalları tərəfindən necə məhv edildiyini görməmək mümkün deyil. Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrin diplomatlarının, jurnalistlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağa səfərləri olub.

Səfər edən əcnəbilər Qarabağın müxtəlif  rayonlarında Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin necə dağıdıldığını, daşdan başqa heç nəyi qalmayan ərazilərimizdəki mənzərəni görüb təəccüblərini gizlədə bilməyiblər. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Əlbəttə ki, bütün tarixi, mədəni, dini abidələrimiz, muzeylər də bərpa ediləcək. Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Düşməndən fərqli olaraq bizim dövlət, ordu, xalq bütün abidələrə həssaslıqla yanaşır. Xristian abidələrinə gəldikdə isə həm savaş zamanı, həm də indi həmin abidələrə həssaslıqla yanaşırıq və yanaşacağıq.

Şuşada şəhərində  keçirilən Zəfər Qurultayında Prezident İlham Əliyev nitqində dünyanın diqqətini yenidən Azərbaycanın bölgədə yeritdiyi sülh siyasətinə cəlb etdi, ermənilərin xalqımıza qarşı etdiyi bütün vəhşiliklərə baxmayaraq, Azərbaycanın bölgənin gələcəyi naminə Ermənistana sülh təklif etdiyini, beş baza prinsipi irəli sürdüyünü xatırlatdı. Onu da xatırlatdı ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Görünür, cənab Prezidentin Zəfər Qurultayındakı nitqində verdiyi növbəti mesajın ermənilərin indiki Ermənistan ərazisində - tarixi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı son iki yüz ildə törətdiyi deportasiya və soyqırımlarla bağlı olması da təsadüfi deyildir. Prezident İlham Əliyevin Zəngəzur, İrəvan və bütün Qərbi Azərbaycan torpaqları ilə bağlı verdiyi mesajlar erməni faşizminə qarşı, tarixi ədalət uğrunda mübarizəmizin yeni hədəfini nişan verir və bundan hər kəs öz hesabını götürməlidir.  “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır” bu fikirləri də Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. Cənab Prezident nitqində həmçinin  vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlılar yaşadıqları  ölkələrin ictimaiyyətini  Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında,  Azərbaycan tarixi haqqında, İkinci Qarabağ müharibəsinin tarixi haqqında maarifləndirməlidirlər.