YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qrultayı xalqımıza qarşı edilən haqsızlıqların beynəlxalq ictimaiyyətə çatdırılmasını sürətləndirəcək

Ayaz Quliyev

YAP Xızı rayon təşkiltının sədri

Həmrəylik istənilən xalqın taleyində böyük əhəmiyyətə malikdir. Həmrəyliyə, milli birliyə nail ola bilən xalq hər zaman inkişaf edir və güclənir. Dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi, həmrəyliyi məhz ulu öndər Heydər Əliyev tərəfindən vaxtında atılan addımların, görülən işlərin nəticəsidir. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar müstəqil Azərbaycan Respublikasını öz vətəni sayır, onu milli-mənəvi dəyərlərin əsası kimi qəbul edir.

İstər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilməsi, istərsə də Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, Ümummilli Liderin  xalqımıza göstərdiyi tarixi xidmət,  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə, onlar arasında birliyin, həmrəyliyin təmin olunmasına hesablanmış addım idi.

Əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Tarixi Zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının - Zəfər Qurultayının məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi həm ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi  hadisə, həm də Qalib Azarbaycan xalqı tərəfindən dünya ictimaiyyətinə verilmiş bir mesaj idi. Dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin və qonağın iştirakı ilə keçirilən Zəfər Qurultayı birliyin və həmrəyliyin təntənəsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Cənab Prezidentin Zəfər Qurultayında çıxışı zamanı verdiyi mesajlar xarici ölkələrdə yaşayan azərbaycanlıların növbəti illərdə fəaliyyət istiqamətlərinin  müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycan diasporu qarşısında yeni vəzifələr də qoymuş oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.”

Doğma şəhərimiz Şuşada keçirilən Zəfər Qurultayı xalqımızın böyüklüyünü, birliyini və həmrəyliyini nümayiş etdirdi. Qurultay dünya azərbaycanlılarının  milli mənlik şüurunu gücləndirmək, azərbaycançılıq ideyalarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan həqiqətlərinin, xalqımıza qarşı edilən haqsızlıqların beynəlxalq ictimaiyyətə çatdırılmasını sürətləndirəcək.