YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının V Qurultayı şanlı zəfərimizin bariz nümunəsidir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Prezident İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazandı. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda, işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib məqamlardan idi. Soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət 22-23 aprel 2022-ci il tarixində Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu: Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Zəfər Qurultayı bu qədər möhtəşəmdir. Zəfər Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atadılar. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultayda iştirak edən hər bir nümayəndə qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadılar. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Azərbaycanın diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız öz vətənləri ilə əlaqələrini daim gücləndirməyə çalışmalıdırlar. Ölkə başçısı İlham Əliyev qurultaydakı nitqində bildirib: “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün”. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıb-seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır. Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, həmçinin xalqımızın xatirəsində yaşayacaq. Zəfər Qurultayı bir daha bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi: “Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim inkişaf edəcək və daha da möhkəmlənəcək.