YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vasil Georgiev: Azərbaycan ilə Bolqarıstan arasında siyasi müstəvidə çox yaxşı münasibətlər mövcuddur

Aprelin 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin inkişafına müsbət töhfə verdiyi vurğulanıb. Nazir bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu və müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Nazir müavini Vasil Georgiev Azərbaycana səfərin çox məhsuldar olduğunu, zəngin işçi proqramın, o cümlədən siyasi məsləhətləşmələrin növbəti iclasının keçirildiyini, ikitərəfli görüşlərin təşkil olunduğunu məmnunluqla qeyd edib. İki ölkə arasında siyasi müstəvidə çox yaxşı münasibətlərin mövcud olduğu, habelə iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, habelə Ukraynadakı vəziyyət və digər regional məsələlər də müzakirə edilib. Nazir Ceyhun Bayramov Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan ərazisindən keçməsi üçün müvafiq şəraitin yaradılmasına görə qarşı tərəfə minnətdarlıq ifadə edib.

Vasil Georgiev nazir Teodora Gençovskanın azərbaycanlı həmkarını Bolqarıstana səfərə dəvət etdiyini bildirib.

DİGƏR Xəbərlər Arxiv