YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda “Mənəviyyatımızın örnəyi” mövzusunda dəyirmi masa keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Mənəviyyatımızın örnəyi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Zərifə Əliyevanın ömür-gün yoldaşı, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyublar.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, farmokoloji elmlər doktoru Məhbubə  Vəliyeva,  Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Fikriyyə  İbrahimli, oftomoloq-alim, Hicran Həşimova, rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak ediblər.

Öncə akademik Zərifə Əliyevaya həsr edilən sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova akademik Zərifə Əliyevanın keçdiyi həyat yolundan və elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, Zərifə xanım Əliyeva həm ümummilli lider Heydər Əliyevin sədaqətli həyat yoldaşı, həm görkəmli alim, həm də qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub.

Farmokoloji elmlər doktoru Məhbubə Vəliyeva, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli, Lökbatan Tibb Mərkəzinin oftalmoloqu Hicran Həşimova bildiriblər ki, akademik Zərifə Əliyeva fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında zəngin dövlətçilik tarixi olan Azərbaycan xalqının tarixi-milli ənənələrində, o cümlədən də Səfəvilər kimi qüdrətli imperiyanın yaranmasında qadın siyasətçilərin, diplomatların, alim və şairlərin böyük rolundan danışıb.  Bildirib ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan, Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.