YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının “Göygöl şəhəri, Heydər Əliyev pr. 2” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişafı dövründən, dövlətçiliyimizin inkişafında və xalqımızın firavan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs edib.   V.İsayev vurğulayıb ki, yarandığı dövrdən keçən qısa müddət ərzində YAP monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək, ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrilib. Məhz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev başda olmaqla, bütün YAP üzvlərinin çox böyük rolu və əməyi olub. Qəhrəman hərbçilər sırasında YAP üzvləri də canları və qanları bahasına torpaqlarımızı mənfur düşməndən azad ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Məhəmməd Əliyev yeni ərazi partiya təşkilatının sədri, Könül Qədimova isə sədr müavini seçilib.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.