YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Aprelin 27-də N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının sədri Bəxtiyar Qılıncov açıb.

Sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil etdiyini vurğulayaraq ulu öndər Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” fikrini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafı diqqət mərkəzində saxlanılıb.

S,Əliyev deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanm Əliyevanın da milli mədəniyyətimizin inkişafında xüsusi xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Vurğulayıb ki, Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi, Xalça Muzeyinin binası analoqu olmayan arxitektura nümunəsidir.

Sonra tədbirdə Mahmudavar Mədəniyyət evinin direktoru Natəvan Əliyeva, N.Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin medodisti Teleh Mikayılov və başqaları çıxış edərək Heydər Əliyevin mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyini, elə ona görə də mədəni-mənəvi dəyərləri qorumasını, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün tədbirlər gördüyünü, Heydər Əliyevlə bir epoxada yaşadığımız və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıya şahidlik etdiyimiz üçün xoşbəxt nəsil olduqlarını bildiriblər.