YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçayda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cı ildönümünə həsr olunan elmi-proktik konfrans keçirilib

Aprelin 27-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında YAP Göyçay rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cı ildönümünə həsr olunan elmi-proktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən geniş məlumat verib. S.Şükürov bildirib ki, Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Zivər Zeynalova görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Daha sonra məruzə ətrafında çıxış qeyd ediblər ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb.

Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.