YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi müjdəni Azərbaycan xalqına bəxş etmiş gənclər Zəfər Qurultayının gündəliyində

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Bu gün qürurla qeyd etdiyimiz Zəfər Qurultayını Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən, silaha sarılaraq qanları, canları bahasına bizə Zəfər Qələbəsi bəxş edən gənclər sayəsində qeyd edirik.

Nəinki Azərbaycanda yaşayan vətəndaşlar, bütün dünyaya səpələnmiş həmyerlilərimiz şəhidlərimizin Anım Günü – 27 Sentyabrı və 10 noyabr Zəfər gününü həm qürur, həm də kədərlə yad edir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq cənab Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Azərbaycanın əsrlərə dayanan tarixinin ən parlaq səhifələri sırasında 44 gün davam edən Vətən müharibəsi və əldə edilən möhtəşəm Zəfər xüsusi yer tutur. İndiki və gələcək nəsillər bundan sonra yüzilliklər, minilliklər boyu bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdığını daim xüsusi qürur və fəxarətlə anacaqlar.

Məhz bu Qələbə sayəsində ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ağır bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısı alındı. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən, itirdiyi əraziləri geri alan ölkəyə çevrildi. Həm də bunu olduqca mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çox olduğu bir şəraitdə bacardı. Bütün bunlar tarixi Qələbənin nə dərəcədə möhtəşəm olduğunu bir daha göz önündə canlandırır, hər bir soydaşımızın “Mən azərbaycanlıyam” sözlərini daha böyük fəxrlə səsləndirməsinə səbəb olur.

Barəsində hələ çox danışılacaq 44 günlük müharibə və Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz Liderinə sonsuz güvəni, onun qərarlarını bir an belə tərəddüd etmədən dəstəkləməsidir. Bu mənada Azərbaycan xalqına sonsuz sevinc bəxş edən Qələbəmizin əsas memarı heç şübhəsiz ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Beynəlxalq münasibətləri nəzəri və emprik səviyyədə dərindən bilən Prezident İlham Əliyev ölkəmizin müstəqil dövlət kimi mövcudluğu, sabit, davamlı və inamlı inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar ataraq, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla reallaşdırararaq tarixin ən güclü Azərbaycanını yaratdı. Dövlət başçısı tərəfindən Ulu öndərin müəllifi olduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına daxil etdi, onu bugünkü yüksəliş və tərəqqi zirvəsinə çatdırdı. Beləliklə, Azərbaycan dünyanın əmin güclü ölkələrindən biri kimi ərazi bütövlüyünün bərpası istiqamətində müqəddəs savaşa qatıldı.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu savaşın gedişində çoxsaylı uğurlu hərbi əməliyyatları ilə bütün dünyaya səs saldı, yeni əsrin yeni müharibə modelini yaratdı. Buna paralel olaraq Azərbaycan Prezidenti diplomatik, siyasi və informasiya cəbhəsində nə qədər mahir strateq, yenilməz sərkərdə olduğunu da konkret fəaliyyəti ilə isbata yetirdi. Azərbaycan dövlət başçısının müdrikliyi, təmkini, nəyi, necə, nə vaxt etmək lazım olduğunu dəqiq bilməsi, böyük uğurla xalq-Prezident-ordu vəhdətini formalaşdırması, Silahlı Qüvvələrimizdə böyük ruh yüksəkliyi yaratması böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı.

Daha bir mühüm fakt odur ki, Prezident İlham Əliyev məqsədyönlü siyasəti ilə ötən dövr ərzində xalqın milli, mənəvi birliyini daha da gücləndirdi, cəmiyyətdə dəyərlər sisteminin milli maraqlar üzərində formalaşmasına daha dinamik təsir göstərdi. Bu səbəbdən təsadüfi deyil ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində olduqca vətənpərvər gənc nəsil yetişdi, məhz onlar Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir müsəlləh əsgərlər olaraq Vətən torpağını düşmən tapdağından azad etdilər. Xalqımız haqlı olaraq bu gəncləri ilə nəinki Zəfər Qurultatında, bütün mötəbər tədbirlərdə anacaq, öz qəhrəman gəncləri ilə fəxr edib, edir və edəcək.