YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatı Sarov ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Sarov ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın yağı düşməndən azad olunması uğrunda şəhid olan  qəhrəmanlarımızın xatirəsini  bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov partiyanın VII Qurultayından sonra yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb. Rayon təşkilatının sədri son 19 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer tutmasını vurğulayıb. Qeyd edib ki, postmüharibə dövründə partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz dünyada söz sahibinə çevrildi, iqtisadiyyatın sürətli inkişafı təmin edildi, əhalinin rifah halı yüksəldi. E.Əsədov əldə olunan uğurlarda partiyanın fəaliyyətini xüsusi olaraq vurğulayıb.

Partiya fəalları Rüfət İsmayılov, Surxay Hüseynov, Aidə Məmmədova, Yusif Paşayev, Svetlana Hüseynova, Gülçöhrə Nəcəfova, Anar Məmmədov və Xatirə Paşayeva Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv