YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında “Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, partiya üzvləri iştirak ediblər.

“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.

YAP rayon təşkilatının sədri Samir Vəliyev yeni ərazi partiya təşkilatının üzvlərini təbrik edib və dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyin əhəmiyyətini vurğulayıb.

Daha sonra təşkilati məsələlərə baxılıb. Vaqif Cəfərov yeni ərazi partiya təşkilatının sədri, Anar Abdullayev isə sədr müavini seçilib