YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndərin irsinin öyrənilməsi” adlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Ulu Öndərin irsinin öyrənilməsi” adlı tədbir keçirib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Milli Məclisin deputatı Əliabbas Salahzadənin köməkçisi Hikmət Bünyatov iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşərək, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib.

Sonda YAP Sabunçu rayon təşkilatının “Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Pərvanə Əzimova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edilib.