YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan mini futbol turnirinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Qax şəhərində mini futbol üzrə rayon turnirinə start verilib. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları, bələdiyyələri təmsil edən 15 komanda mübarizə aparır.

Qax şəhər stadionunda turnirin rəsmi açılış mərasimi olub. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax bələdiyyəsinin sədri Eyvaz Orucov və rayon icra hakimiyyətinin əməkdaşı Fərid Muradov çıxış edərək, ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, turnirin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaqdır.