YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar partiyanın fəal qadın üzvləri ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda partiyanın fəal qadın üzvləri ilə tədbir keçirib.

Tədbirdə ümummilli lider, ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən danışıb.

Qızılavar ərazi partiya təşkilatının sədr müavini Lətifə Qənbərzadə, şəhər 1 saylı məktəb ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, Qəzvinoba ərazi partiya təşkilatının sədri Sevda Nuriyeva və başqaları Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi həyatında qadınlara çox böyük diqqət yetirildiyini söyləyiblər.