YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Dövlət quruculuğu prosesini sürətlə keçən Azərbaycan bu gün də davamlı şəkildə inkişaf edir, daha da qüdrətlənir. Buna səbəb ulu öndər Heydər Əliyevin müdrik ideyalarının və müəllifi olduğu təməl prinsiplərin dövlət başçısı cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yüksək peşəkarlıqla reallaşdırılması və xalq-iqtidar birliyidir. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Aparılan uğurlu siyasət ictimaiyyət tərəfindən dəstəklənir və bu siyasət real, konkret nəticələrə gətirib çıxarır. 19 il ərzində  ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev bildirir ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında  isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir.

Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik dövrü bütün sahələrdə köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, eləcə də yeni kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə hərtərəfli tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Dərinləşən islahatlar fonunda Azərbaycan inkişaf tempini qoruyub saxlamış, iqtisadiyyatı uğurla şaxələndirmiş, regional və qlobal təhlükəsizlik məsələlərində sabitləşdirici faktor kimi çıxış etmişdir. Transmilli layihələrin gerçəkləşməsi, ölkə iqtisadiyyatına irimiqyaslı sərmayələrin yatırılması ölkəmizin strateji maraqlarını təmin etmişdir. Əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş prinsipi prioritet seçildiyindən, ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin əsas iştirakçılarından birinə və etibarlı tərəfdaşa çevrilmişdir.

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir.

Keçirilən Qurultay dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqına Zəfər yaraşır. Zəfər Qurultayı xalqımızın necə böyük, məğrur və qəhrəman olduğunu bütün dünyaya nümayiş etdirdi.